Hələ ki fövqəladə vəziyyətə əsas yoxdur - Operativ Qərargah

Cəmiyyət Xəbər 8 Aprel 2020 18:14 (UTC +04:00)
Azərbaycanda fövqəladə vəziyyət "Fövqəladə hallar haqqında" Qanuna görə tənzimlənir.
Hələ ki fövqəladə vəziyyətə əsas yoxdur - Operativ Qərargah

Bakı. Samir Əli - Trend:

Azərbaycanda fövqəladə vəziyyət "Fövqəladə hallar haqqında" Qanuna görə tənzimlənir.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, hələ ki fövqəladə vəziyyətə əsas yoxdur:

"Cənab Prezident ölkə vətəndaşlarının təhlükəsizliyi ilə bağlı lazım olan bütün tədbirləri görəcək. Əgər ehtiyac olarsa, dövlət başçısı bu prosesdə təhlükəsizlik üçün istənilən qərar verə biıər".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti