Bakı. Samir Əli - Trend:
Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) ölkədə tətbiq edilən xüsusi karantin qaydaları ilə bağlı paytaxtda tədbirləri davam etdirir.
İdarədən Trend-ə verilən məlumatda bildirilir ki, xüsusi karantin rejim qaydalarına uyğun olaraq, insanların bir-biri ilə yaxın əlaqələrini minimuma endirmək, bununla da infeksiyaya yoluxmanın sürətini azaltmaq məqsədi ilə zəruri tədbirlər həyata keçirilir.