Bakı. Samir Əli - Trend:
Ölkədə 10 modul tipli xəstəxananın qurulmasına başlanıb. Bu gün tibb müəssisələrinin heç birində qıtlıq yaşanmır.
Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
Onun sözlərinə görə, onlardan 6-sı dövlət, 4-ü isə özəl xəstəxanadır:
"Hazırda həmin xəstəxanaların tibbi heyətin hazırlığına başlanıb. Bunun üçün Çin, Türkiyə və digər ölkələrin təcrübəsi öyrənilir. Artıq tibb müəssisələri koronavirusla bağlı dərman və tibbi ləvazimatlarla təmin edilib".