...

Ramin Bayramlı: Ölkədə həkim çatışmazlığından söhbət gedə bilməz

Cəmiyyət Materials 16 Aprel 2020 11:36 (UTC +04:00)
Ramin Bayramlı: Ölkədə həkim çatışmazlığından söhbət gedə bilməz

Bakı. İlhamə İsabalayeva - Trend:

Ölkədə həkim çatışmazlığından söhbət gedə bilməz.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, Azərbaycanda koronavirusdan sağalan xəstələrin sayı real göstəricilərdir:

"Gələcək günlərdə bu rəqəm daha da arta bilər. Ölkədə həkim çatışmazlığından söhbət gedə bilməz. Bu gün çarpayı ehtiyatının 30-40 faizi istifadə edilir. Ümid edirəm ki, biz çox az zərərlə bu prosesdən çıxacağıq".

COVID-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün həyata keçirilən REACT-C19 layihəsinin sahə koordinatoru Hamza Zeytunoğlu isə qeyd edib ki, REACT-C19 layihəsi çərçivəsində ilk olaraq 16 xəstəxanada koronavirusla mübarizədə dəstək üçün işlər aparılacaq.

"Onlar əvvəlcə Bakıda 4 xəstəxanada, daha sonra regionlarda koronavirus pandemiyası ilə mübarizədə Azərbaycana dəstək verəcəklər".

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı əlavə edib ki, layihədə iştirak üçün çox sayda müraciət olsa da, bəlli kriteriyalara uyğun olan 19 nəfər həkim seçilib:

"Onlar İzmirdə 1 həftəlik təlim keçdikdən sonra özəl təyyarə ilə Azərbaycana gətirildi".

Xəbər lenti

Xəbər lenti