...

Azərbaycanın diaspor fəalları arasında koronavirusa yoluxma halları baş verib - Fuad Muradov

Cəmiyyət Materials 16 Aprel 2020 17:35 (UTC +04:00)
Azərbaycanın diaspor fəalları arasında koronavirusa yoluxma halları baş verib - Fuad Muradov

Bakı. Elçin Mehdiyev – Trend:

Fransa, Almaniya, İsveç, ABŞ, Finlandiya, Gürcüstan, Rusiya və Ukraynada olan Azərbaycanın diaspor fəalları arasında koronavirusa yoluxma halları baş verib.

Trend-in məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

F.Muradov bildirib ki, həmin şəxslərin vəziyyəti normaldır, heç bir ciddi hal yoxdur.

Komitə sədri əlavə edib ki, Azərbaycanın xaricə gedən və koronavirus ilə əlaqədar ölkəyə qayıda bilməyən vətəndaşlarına lazımi dəstək göstərilir.

"Bu günə qədər xaricdə olan tələbələr xaricdəki Azərbaycan evlərində yerləşdirilmişdi və hazırda onların yerləri dəyişdirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti