...

İşsiz kimi qeydiyyata alınanlardan 25 min nəfəri üçün də birdəfəlik vəsait köçürüldü

Cəmiyyət Materials 17 Aprel 2020 19:08 (UTC +04:00)
İşsiz kimi qeydiyyata alınanlardan 25 min nəfəri üçün də birdəfəlik vəsait köçürüldü

Bakı. Trend:

İşsiz kimi qeydiyyata alınan şəxslərdən daha 25 min nəfəri üçün birdəfəlik vəsait aidiyyəti üzrə köçürüldü.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, kəmin şəxslərə qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək.

Onlar evdən çıxmaq üçün müvafiq qaydada icazə aldıqdan sonra, mesajda “Azərpoçt” MMC qeyd edildiyi halda istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edə bilərlər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işsiz şəxslərə aprelin 9-dan başlayaraq birdəfəlik ödəmələrin verilməsinə başlanıb. Hər gün bu proses davam etdirilir və artıq 165 min işsiz şəxs üçün birdəfəlik vəsaitin bank filiallarına və poçt şöbələrinə köçürülməsi təmin edilib.

Ödənişlər qarşıdakı günlərdə də davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti