...

Tullantıların idarə olunmasına cavabdeh şəxs cəzalanıb

Cəmiyyət Materials 27 Aprel 2020 11:57 (UTC +04:00)
Tullantıların idarə olunmasına cavabdeh şəxs cəzalanıb

Bakı. Samir Əli - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Beyləqan rayonu, Birinci Şahsevən kəndində məişət tullantılarının qalaqlanması ilə bağlı daxil olan şikayət yerində araşdırılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, araşdırma zamanı ərazidə fəaliyyət göstərən “MKT İK” MMC-nin Beyləqan filialı tərəfindən pambıq emalı zamanı formalaşan istehsalat və məişət tullantılarının su kanalına atıldığı məlum olub. Faktla bağlı filialın direktoru Rəşid Məmmədov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə edilib.

Ərazinin qısa vaxt ərzində tullantılardan təmizlənməsi, müəssisədə formalaşan tullantıların qanunvericiliyə uyğun idarə olunması və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə filialın direktoruna icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti