...

Bu gün 82 300 ailəyə aprel ayı üzrə ünvanlı sosial yardım ödənilib

Cəmiyyət Materials 28 Aprel 2020 15:13 (UTC +04:00)
Bu gün 82 300 ailəyə aprel ayı üzrə ünvanlı sosial yardım ödənilib

Bakı. Trend:

Bu gün 82 300 ailəyə aprel ayı üzrə ünvanlı sosial yardım ödənilib. Həmin ailələrin üzvlərinin sayı 342 min nəfərdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə bildirilib ki, nazirlik bu gün 82 300 ailəyə (342 min ailə üzvü) aprel ayı üzrə ünvanlı sosial yardım ödənişini həyata keçirib.
Həmin ailələri təmsil edən, adlarına yardım vəsaiti köçürülən şəxslər evdən çıxmaq üçün müvafiq icazə əsasında həmin vəsaitləri istənilən bankın, həmçinin “Azərpoçt”un bankomatlarından və ya posterminallarından hər hansı faiz tutulmadan ala bilərlər.

Qeyd edək ki, ünvanlı dövlət sosial yardım proqramının əhatə dairəsi getdikcə genişləndirilir. Aprelin 1-dən ünvanlı sosial yardımı alan ailələrin sayı 12 min, o cümlədən ailə üzvlərinin sayı 50 min artıb.

Sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği də artmaqda davam edərək 223 manata çatıb.

Beləliklə, aprel ayı üzrə bütün pensiya, müavinət, təqaüd və sosial yardım ödənişi artıq yekunlaşdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti