...

Bakı Slavyan Universiteti qanvermə aksiyası keçirib (FOTO)

Cəmiyyət Materials 30 Aprel 2020 13:12 (UTC +04:00)
Bakı Slavyan Universiteti qanvermə aksiyası keçirib (FOTO)

Bakı. Trend:

Hazırda bütün dünya üçün böyük təhlükə yaradan Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, çox hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzi tərəfindən ölkəmizdə könüllü qanvermə aksiyası keçirilir. Qanvermə aksiyasının keçirilməsində məqsəd xüsusi karantin rejimi müddətində irsi qan xəstəliklərindən, xüsusilə də talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliklərindən əziyyət çəkən insanlara kömək etməkdir.

Universitetdən Trend-ə verilən məlumata görə, Bakı Slavyan Universitetinin (BSU) rektoru, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri, professor Nurlana Əliyevanın müvafiq tövsiyə və tapşırığına əsasən, bu ali təhsil müəssisəsinin kollektivi də qanvermə aksiyasına qoşulub. Bu barədə AZƏRTAC-a BSU-nun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, BSU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, şöbə müdirləri, müəllimləri və əməkdaşları bu nəcib və xeyirxah təşəbbüsə qoşularaq aprelin 30-da Milli Hematologiya və Transfuziologiya Mərkəzində qanvermə aksiyası keçiriblər. Qanvermə aksiyasında universitetin 100-dən çox müəllimi və əməkdaşı iştirak edib.

BSU-nun rəhbərliyi, müəllimləri və əməkdaşları qanvermə aksiyasında iştirak etmələrini özlərinin müqəddəs vətəndaşlıq borcu olduğunu bildirərək hamını bu vacib aksiyada fəal iştirak etməyə çağırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti