...

Bu il aliment ödəməkdən yayınan 38 şəxsə cinayət işi açılıb

Cəmiyyət Materials 30 Aprel 2020 17:08 (UTC +04:00)
Xüsusi karantin qaydalarından sui-istifadə edən aliment ödəmək istəməyən borclu şəxslər var.
Bu il aliment ödəməkdən yayınan 38 şəxsə cinayət işi açılıb

Bakı. Samir Əli - Trend:

Bu il aliment ödəməkdən yayınan 38 şəxs barəsində cinayət işi başlanıb.

Trend-in məlumatına görə, bunu bu gün Ədliyyə Nazirliyinin keçirdiyi “Pandemiya dövründə ədliyyəyə əlçatanlıq” mövzusunda onlayn mətbuat konfransında nazirliyin İcra Baş İdarəsinin rəis müavini Fərid Əfəndiyev deyib.

Onun sözlərinə görə, xüsusi karantin qaydalarından sui-istifadə edərək aliment ödəmək istəməyən borclu şəxslər var: "Bununla bağlı Ədliyyə Nazirliyinin İcra Baş İdarəsi, məhkəmə icraçıları bu istiqamətdə bir sıra tədbirlər görürlər. Aliment ödəməyən şəxslərə bildirişlər göndərilir, polis vasitəsilə həmin şəxslər müəyyən edilirlər. Bu il alimenti ödəməyən 38 şəxs barəsində cinayət işi başlanıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti