...

Şagird və valideynlər üçün növbəti sosial-maarifləndirmə videoçarxı təqdim edilib (FOTO/VİDEO)

Cəmiyyət Materials 1 May 2020 11:41 (UTC +04:00)
Şagird və valideynlər üçün növbəti sosial-maarifləndirmə videoçarxı təqdim edilib (FOTO/VİDEO)

Bakı. Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən sosial-maarifləndirmə layihəsi davam edir.

BŞTİ-dən Trend-ə verilən məlumata görə, "Məktəb psixoloqundan tövsiyələr" adlı sosial-maarifləndirmə layihəsi çərçivəsində hazırlanmış 6-cı videoçarxda Bakı şəhəri 245 nömrəli tam orta məktəbin psixoloqu Xavər Rzayeva "Kiçik yaşlı uşaqlarda idrak proseslərinin inkişaf etdirilməsi" mövzusunda tövsiyələrini təqdim edir.

Layihənin əsas məqsədi valideyn və şagirdlərə sosial təcrid günlərində onlayn psixoloji dəstək göstərmək, uşaqlarla davranış baxımından valideynlərə düzgün istiqamət vermək, qarşılıqlı münasibətlərdə psixoloji dayanıqlılığı artırmaq və sosial yardımlaşma imkanlarını genişləndirməkdən ibarətdir.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən şagird, valideyn və ümumilikdə bütün vətəndaşlara psixoloji xidmət üçün yaradılmış 146-3 "Qaynar xətt" xidməti də fəaliyyət göstərir. Ölkəmizdə yeni koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar karantin rejimi elan olunduğundan evdə qalan şagirdlər, eləcə də bütün vətəndaşlar mənəvi-psixoloji dəstəyə zərurət duyduğu hallarda sözügedən "Qaynar xətt" xidməti ilə əlaqə yarada bilərlər.

Məktəb psixoloqundan tövsiyələr: Kiçik yaşlı uşaqlarda idrak proseslərinin inkişaf etdirilməsi

#EvdəQal #MəktəbPsixoloqundanTövsiyə #DəstəkAl #BakıTəhsilİdarəsi #Müəllim #Şagird #Valideyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti