...

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı “evdə qal, cəmiyyəti qoru” kampaniyası çərçivəsində tədbirlərini davam etdirir (FOTO)

Cəmiyyət Materials 4 May 2020 14:06 (UTC +04:00)

Bakı. Trend:

Ölkənin aparıcı QHT-lərindən olan “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə rəhbərliyi tərəfindən uğurla həyata keçirilən mübarizə tədbirlərinə öz dəstəyini davam etdirir. Pandemiyanın elan olunuğu ilk günlərdən ölkə rəhbərliyinin çağırışına qoşulan İctimai Birlik olaraq xeyriyyə aksiyaları keçirir.

Trend-in məlumatına görə, bu həftə də İctimai Birliyin sədri, el ağsaqqalı Qənbər Qurbanovun təşəbbüsü ilə Bakıda sosial qayğıya ehtiyacı olan 80-dən çox vətəndaşa müvafiq yardımlar edilib, eyni zamanda onlara İctimai Birliyin fəalları tərəfindən maarifləndirici məlumatlar verilib.

Qeyd edək ki, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən bu məqsədlə indiyədək 800-dən çox ailəyə müavafiq yardımlar göstərilib. Sakinlər bu çətin və məsuliyyətli günlərdə dövlətin hərətərəfli qayğısı ilə əhatə oluduqlarını qeyd ediblər və bütün bunlara görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də fədakar Azərbaycan həkimlərinə və polislərə minnətdarlıq bildiriblər.

Dövlət başçısının “Biz birlikdə güclüyük” çağırışını kredo seçən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin fəalları bu cür xeyriyyə aksiyalarını növbəti həftələrdə də davam etdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti