...

Hidayət Məmmədov: Yaşı 65-dən yuxarı olan əməkdaşlarımız işə cəlb edilməyəcək

Cəmiyyət Materials 8 May 2020 17:33 (UTC +04:00)
Hidayət Məmmədov: Yaşı 65-dən yuxarı olan əməkdaşlarımız işə cəlb edilməyəcək

Bakı. Samir Əli - Trend:

Yaşı 65-dən yuxarı olan əməkdaşlarımız işə cəlb olunmayacaq.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib.

H.Məmmədov qeyd edib ki, karantin rejimi mayın 31-dək uzadıldığından Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tapşırıqlarına riayət ediləcək:

"Qərara görə, 65 yaşdan yuxarı vətəndaşların evdən çıxması qadağan edildiyi üçün həmin yaş həddində olan metropolitençilər də işə cəlb edilməyəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti