...

AQTA Tovuzdakı pomidor istixanalarında müşahidələr apardı

Cəmiyyət Materials 14 May 2020 16:19 (UTC +04:00)
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fitosanitar müfəttişləri növbəti müşahidələri Tovuz rayonu Düz Qırıxlı kəndində yerləşən pomidor istixanalarında aparıblar.
AQTA Tovuzdakı pomidor istixanalarında müşahidələr apardı

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fitosanitar müfəttişləri növbəti müşahidələri Tovuz rayonu Düz Qırıxlı kəndində yerləşən pomidor istixanalarında aparıblar.

Agentlikdən Trend-ə verilən məlumata görə, monitorinq zamanı xüsusi karantin rejiminin qaydaları nəzərə alınmaqla istixana əməkdaşlarına örtülü sahədə təhlükəli zərərverici sayılan pomidor lağımlayıcı güvəsi haqqında geniş məlumat verilib.

Bundan başqa, pestisid və aqrokimyəvi maddələrdən istifadə zamanı texniki təhlükəsizlik qaydalarına, eləcə də sanitar-gigiyenik normalara ciddi riayət olunması diqqətə çatdırılıb.

Eyni zamanda, pestisid və aqrokimyəvi maddələrin saxlanma şəraitinə baxış keçirilib, bu vasitələrin təlimata uyğun saxlanılması ilə bağlı tövsiyələr verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti