...

ADU-nun Konfutsi İnstitutunda "Həkimlərə və tibb bacılarına təşəkkür edirik!" adlı onlayn-tədbir keçirilib

Cəmiyyət Materials 16 May 2020 13:46 (UTC +04:00)
ADU-nun Konfutsi İnstitutunda "Həkimlərə və tibb bacılarına təşəkkür edirik!" adlı onlayn-tədbir keçirilib

Bakı. Trend:

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çində hər il qeyd olunan Beynəlxalq tibb bacısı Gününə həsr olunmuş "Həkimlərə və tibb bacılarına təşəkkür edirik!" adlı onlayn-tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən ADU Konfutsi İnstitutunun Çin tərəfdən direktoru Li Jihua bayramın tarixindən danışaraq, koronavirus COVİD-19 ilə mübarizənin ön xəttində olan Çin tibb bacılarının qəhrəmanlıq əməyini qeyd edib. O, həmçinin qeyd edib ki, Çində infeksiyanın yayılması əhalinin birliyi və şüurluğu, profilaktika və epidemiya əleyhinə nəzarət üzrə məqsədyönlü tədbirlərin görülməsi sayəsində dayandırıla bilib.

ADU Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru Rafiq Abbasov koronovirus COVİD-19 ilə mübarizədə Azərbaycan-Çin əməkdaşlığından danışaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyatını, sağlamlığını, yaxınlarının sağlamlığını təhlükəyə ataraq, xəstələrə gecə-gündüz qulluq edən Azərbaycan Tibb işçilərinin fədakarlığından bəhs etdiyini xatırladıb. R. Abbasov Heydər Əliyev Fondunun Azərbaycanın region xəstəxanalarında Koronavirus COVİD-19-a qarşı mübarizə tədbirləri ilə bağlı baza vərdişlərinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi aksiyalar və layihələrdən, koronavirus xəstəliyinin ölkə ərazisində geniş yayılmasının qarşısının alınması ilə əlaqədar Azərbaycan Nazirlər Kabinetinin nəzdində yaradılmış Operativ Qərargahın işini dəstəkləmək üçün müxtəlif ölkələrdən tibbi ləvazimatların gətirilməsindən də söz açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti