...

Dağların zirvəsində yaradılmış çay cənnəti (FOTO)

Cəmiyyət Materials 19 May 2020 14:25 (UTC +04:00)
Dağların zirvəsində yaradılmış çay cənnəti (FOTO)

Bakı. Trend:

Çay bitkisi Azərbaycanda ilk dəfə 1912-ci ildə Lənkərana gətirilərək əkilib və ilk çay zavodu da 1937-ci ildə məhz bu şəhərdə inşa edilib. Bundan sonra Azərbaycanda çayın kütləvi şəkildə istehsalına başlanılıb. Respublikamızda çayçılığın inkişaf isə sovet dövründə ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi dövrü əhatə edir. Belə ki, 1970-1980-ci illərdə 36 min hektar sahədə çay əkilib, becərilib və 34 min tondan çox çay istehsal edilib. Həmin vaxt 15 zavod tikilib istifadəyə verilib. 300 milyon əhalisi olan SSRİ-nin çaya təlabatının 8-10 faizi Azərbaycan çayı hesabına ödənilib.

Təəssüflər olsun ki, sonrakı dövrlərdə, xüsusən də müstəqilliyin ilk illərində bu sahəyə olan maraq azaldı.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bütün sahələrdə olduğu kimi çayçılıq sahəsinə də yeni nəfəs gəldi. Məhz Ulu Öndərin iştirakı və xeyir duası ilə 1996-cı ildə “Azərsun Holdinq”ə məxsus “Sun Tea” çay fabriki istismara verildi .

Son illər kənd təsərrüfatının digər sahələrində olduğu kimi çayçılığın inkişafı da dövlət qayğısından kənarda qalmadı. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı” ölkəmizdə çayçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsinə, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsinə, çay istehsalına marağın artırılmasına yönəldilildi. Bununla da, çayçılığın inkişaf etdirilməsi, çay məhsullarına tələbatın yerli istehsal hesabına təmin olunması, çayçılığın ixrac potensialının artırılması, kənd əhalisinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi üçün bütün zəruri addımlar atılmağa başlanıldı.

Çayçılığın inkişaf etdirilməsi, həm də regionlarda kənd təssərrüfatının inkişafına, torpaq sahələrinin yenidən istifadəsinə, insanları yenidən bu sahəyə cəlb edərək maddi imkanlarının yaxşılaşdırılmasına və minlərlə iş yerlərinin açılmasına şərait yaratdı. Bu dövrdə ölkəmizdə çayçılığın inkişafına “Azərsun Holdinq” də böyük töhfə verdi. Ölkə başçısı tərəfindən imzalanmış “Regionların sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq Şirkətlər Qrupu bölgələrdə yeni çay sahələri saldı, Lənkəran və Astarada fabriklərin fəaliyyət göstərməsini təmin etdi, həmçinin də çay əkinçiliyi ilə məşğul olan fermerlərdən çayı yüksək qiymətə satın alaraq onların fəaliyyətinə öz dəstəyini verdi.

Şirkətlər qrupunun ilk investisiya layihəsi olan və Bakıda fəaliyyət göstərən

"Sun Tea" çay fabrikinin illik istehsal həcmi 15 000 tondur. Burada müxtəlif çeşiddə qara çay, yaşıl çay, meyvəli çayların istehsalı həyata keçirilir. Bir neçə il öncə Masallıda, dəniz səviyyəsindən 800 metr yüksəklikdə 100 hektarlıq ərazini əhatə edən və müasir suvarma avadanlıqları illə təchiz edilmiş çay plantasiyası da salınıb.

Azərbaycanın ən seçilmiş keyfiyyətli çay yarpaqlarını emal edərək "Azerçay" markası ilə yerli bazarla yanaşı dünya bazarına da təqdim edən “Azərsun Holdinq” Azərbaycan çayının şöhrətini bütün dünyaya yayır. Son illər ərzində Rusiya bazarının ən böyük çay markalarından birinə çevrilən və ümumilikdə dünyanın 40-dan artıq ölkəsinə ixrac edilən “Azərçay” markası məhz bu sahələrdə yetişdirilərək istehlakçılara təqdim edilir. Bundan əlavə, şirkətlər qrupu üzərində "Made in Azerbaijan" yazısını daşıyan çay məhsullarını beynəlxalq sərgilərdə nümayiş etdirir və Azərbaycanın çayının dünyada tanıdılması ilə qürur duyur. “Azersun Holdinq”-in “Azerçay”, “Final”, çayları da öz keyfiyyəti ilə çay bazarının aparıcı markalarından hesab olunur.

“Azərsun Holdinq” çayçılığın inkişafı məqsədi ilə yeni plantasiyalar yaratmaqla bərabər yerli fermerlərə də maddi yardımlar göstərir, yerli çayı daha baha qiymətə alaraq, çayçılığın inkişafına öz töhfələrini vermələri üçün dəstək verir. Ümumilikdə 4 mindən artıq fermer tərəfindən yetişdirilən çay bitkisi fabriklər tərəfindən təhvil alınır ki, nəticədə insanların sosial-rifah halının yüksəldilməsinə mühüm dəstək verilir.

Ölkəmizdə çayçılığın inkişafına mühüm töhfələr verən “Azərsun Holdinq”ə məxsus çay fabrikləri tərəfindən bu il yetişdirilən məhsulun yığımına da artıq start verilib. Mütəxəssislər tərəfindən mövsüm ərzində keyfiyyətli məhsul toplanması üçün bütün lazımı aqrotexniki qulluğun göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti