...

Təhsil Nazirliyi: Yeni qaydalar qiyabi təhsil alanlara da şamil olunacaq

Cəmiyyət Materials 20 May 2020 13:20 (UTC +04:00)
Təhsil Nazirliyi: Yeni qaydalar qiyabi təhsil alanlara da şamil olunacaq

Bakı. İlhamə İsabalayeva – Trend:

Biliyin qiymətləndirilməsi ilə bağlı əyani təhsil alan tələbələr üçün tətbiq olunan qaydalar qiyabi təhsil alanlara da şamil olunacaq.

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsində sektor müdiri Yaşar Ömərov bildirib.

"Qiyabi təhsil alan tələbələr daha sərbəst şəkildə işləməyə öyrəniblər və onlar yeni qaydaları da bu şəkildə davam etdirə bilərlər", - deyən Y.Ömərov əlavə edib ki, artıq Nazirlər Kabinetinin yeni qərarlarından irəli gələn məsələlərlə bağlı təlimatlar ali məktəblərə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti