...

Ölkədə bu meşələrə müşahidə kameraları quraşdırılıb

Cəmiyyət Materials 21 May 2020 15:44 (UTC +04:00)
Ölkədə bu meşələrə müşahidə kameraları quraşdırılıb

Bakı. Ceyhun Ələkbərov - Trend:

Azərbaycanda meşələrə onlayn rejimdə işləyən müşahidə kameraları quraşdırılıb.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.

Onun sözlərinə görə, kameralar Oğuz, Qəbələ, Qax və Zaqatala meşələrində yerləşdirilib:

“Həmin kameralar onlayn rejimdə işləyir və hər an meşədə baş verə biləcək hadisələri izləmək olur. Kameralar vasitəsilə yanğın, yaxud ağac kəsimini də izləmək mümkündür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti