...

Azərbaycanda 24 milyondan artıq maska satışa çıxarılıb

Cəmiyyət Materials 22 May 2020 18:37 (UTC +04:00)
Azərbaycanda 24 milyondan artıq maska satışa çıxarılıb

Bakı. Samir Əli - Trend:

Fevralın 24-dən bu günə qədər Azərbaycanda 24 milyondan artıq tibbi maska satışa çıxarılıb.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O bildirib ki, qapalı yerlərdə tibbi maskalardan istifadə mütləqdir: "Satışa çıxarılan 24 milyon maskadan 18 milyonu satılıb. Hazırda 6 milyon tibbi maska ehtiyatda saxlanılır. Gün ərzində ölkədə 250 min maska istehsal edilir. Həmçinin may ayının sonuna qədər 10 milyon tibbi maska ehtiyat üçün Azərbaycana gətiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti