...

Bu il 100 mindən çox uşaq məktəbəhazırlıq təhsilinə cəlb edilib

Cəmiyyət Materials 11 İyun 2020 14:08 (UTC +04:00)
Ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsili 2013-cü ildəki 24 faizdən 2019-2020-ci tədris ilində 80 faizə çatdırılıb, 100 mindən çox uşaq təhsilə cəlb edilib.
Bu il 100 mindən çox uşaq məktəbəhazırlıq təhsilinə cəlb edilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsili 2013-cü ildəki 24 faizdən 2019-2020-ci tədris ilində 80 faizə çatdırılıb, 100 mindən çox uşaq təhsilə cəlb edilib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 2019-2020-ci tədris ilində ölkə üzrə 33 rayon və şəhərin 308 icmasını əhatə edən 321 icma əsaslı məktəbəqədər təhsil qrupuna 6212 nəfər 3 və 4 yaşlı uşaq cəlb edilib.

Pandemiya dövründə “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində UNICEF-in maliyyə dəstəyi ilə “Mədəniyyət” kanalında “Oynayırıq və öyrənirik” adlı teledərslər nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti