...

Cəlil Xəlilov: Azərbaycan dünyada sözü və mövqeyi olan bir dövlətə çevrilib

Cəmiyyət Materials 14 İyun 2020 14:23 (UTC +04:00)
Cəlil Xəlilov: Azərbaycan dünyada sözü və mövqeyi olan bir dövlətə çevrilib

Azərbaycan həmin vaxtlar dağılmaq ərəfəsində idi. Buna həm daxildən, həm də xaricdən müəyyən qüvvələr təsir göstərirdi. Lakin, Heydər Əliyevin həmin dövrdə hakimiyyətə gəlməsi bu məsələlərə son qoydu.

Trend xəbər verir ki, bu sözləri açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov 15 İyun Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibətilə təəssüratlarını ölüşərkən deyib.

O bildirib ki, bu gün Azərbaycan xalqı üçün ən əlamətdar günlərdən biridir və həmin gün Azərbaycan böyük bir fəlakətdən və qardaş qırğınından qurtarıb:

"Azərbaycan bir dövlət kimi məhv olma təhlükəsindən xilas oldu. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda stabillik bərpa olundu və bu bütün hüquq mühafizə orqanlarının, dövlət aparatının, hakimiyyət quruluşlarının gücləndirilməsinə imkan verdi ki. Azərbaycanın bayrağı BMT-də dalğalandı. Azəbaycan dünyanın aparıcı ölkələri ilə iqtisadi, siyasi, hərbi əlaqələr qurdu. Bu da həm Azərbaycanın iqtisadi gücünün artırılmasına, həm də ordunun gücünün artırılmasına kömək oldu. Əsrin neft kontraktının imzalanması Azərbaycanın imicinə və Azərbaycanın dünya ölkələri tərəfindən tanınmasına, möhkəmlənməsinə öz töhfəsini verdi. Bu gün Azərbaycan dünya ölkələri arasında sözü və mövqeyi olan bir dövlətə çevrilib. Azərbaycan cəmiyyəti də bu gün onun baris nümunəsini və xeyrini görür".

Cəlil Xəlilov vurğulayıb ki, bu gün rayonlarımızda görülən abadlıq işləri, Bakı şəhərinin özündə və digər şəhərlərdə iqtisadi vəziyyətin yaxşılaşdırılması, eyni zamanda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, kommunal işlərin gücləndirilməsi, yolların çəkilməsi, körpülərin salınması və s. bu kimi işlər həmin günlə, 15 İyun Milli Qurtuluş Günü ilə bağlıdır:

"Həmin dövrün hadisələri gözümün qarşısında olub. Azərbaycan həmin vaxtlar dağılmaq ərəfəsində idi. Buna həm daxildən müəyyən qüvvələr təsir göstərirdi, həm də xaricdən müəyyən qüvvələr təsir göstərirdi. Azərbaycan bir dövlət kimi məhvə doğru gedirdi. Lakin, Heydər Əliyevin həmin dövrdə hakimiyyətə gəlməsi bu məsələlərə son qoydu. Onun xidmət təcrübəsi, uzun müddət dövlət orqanlarında rəhbər vəzifələrdə işləməsi Azərbaycanda tez bir zamanda stabilliyin əldə olunmasına imkan yaratdı. Dövlət qurumları yaradıldı. Heydər Əliyev idarəetmə mexanizmini öz üzərinə götürdü və Azərbaycanı fəlakətdən xilas etdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti