...

Rəşad Mahmudov: Yenidən sərtləşdirilməyə qərar verməyə məcbur olduq

Cəmiyyət Materials 18 İyun 2020 19:20 (UTC +04:00)
Rəşad Mahmudov: Yenidən sərtləşdirilməyə qərar verməyə məcbur olduq

Bakı. Samir Əli - Trend:

Heç bir dövlət, heç bir millət tərəfindən arzu olunmayan vəziyyətlə qarşı-qarşıyayıq.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Operativ Qərargahın tibbi eksperti Rəşad Mahmudov deyib.

Onun sözlərinə görə, pandemiyanın bizə diqtə etdiyi vəziyyətlə mübarizə aparmaq məcburiyyətindəyik: "Bu prosesdə günahkar axtarmaq lazım deyil. Lakin cəmiyyətin bir hissəsinin epidemioloji qaydalara əməl etməməsi hökuməti sərt qərarlar verməyə məcbur edir. Yumşalma mərhələsindən sonra yenidən sərtləşdirməyə qərar verməyə məcbur olduq.

Xəstəxanada çarpayıların getdikcə məhdudlaşması, COVİD-19-la mübarizədə yeni nəticələr bizi ciddi şəkildə qorxudur. Dövlət başçısının tapşırığı ilə ilkin mübarizə tədbirləri bütün dünya ölkələri üçün nümunə idi. Amma indi yaranmış vəziyyət Azərbaycan dövlətini yenidən sərt addımlar atmağa vadar edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti