...

BŞİH-dən xəbərdarlıq: Küçələr güclü kimyəvi maddələrlə dezinfeksiya olunacaq

Cəmiyyət Materials 19 İyun 2020 09:31 (UTC +04:00)
BŞİH-dən xəbərdarlıq: Küçələr güclü kimyəvi maddələrlə dezinfeksiya olunacaq

Bakı. Samir Əli - Trend:

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) sakinlərə xəbərdarlıq edib.

BŞİH-dən Trend-ə verilən məlumata görə, paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə bazar günü, iyun ayının 21-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti