...

Dəfn mərasimində iştirak etmək istəyənlər DİN-dən icazə almalıdır

Cəmiyyət Materials 20 İyun 2020 11:40 (UTC +04:00)
Vəfat etmiş yaxınlarının dəfn mərasimində iştirak etmək istəyən vətəndaşlar icazəni Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etməklə almalıdırlar.
Dəfn mərasimində iştirak etmək istəyənlər DİN-dən icazə almalıdır

Bakı. Elçin Mehdiyev - Trend:

Sərt karantin rejimində vəfat etmiş yaxınlarının dəfn mərasimində iştirak etmək istəyən vətəndaşlar icazəni Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etməklə almalıdırlar.

Trend-in məlumatına görə, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Ü.Mehdiyev bildirib ki, SMS icazə sistemində dəfn mərasimində iştirak etmək üçün icazə nəzərdə tutulmur: “Bunun üçün vətəndaşlar Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etməlidirlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti