...

Yerdəyişmə müsabiqəsində vakant yer tutmuş müəllimlərdən BUNLAR tələb olunmayacaq

Cəmiyyət Materials 20 İyun 2020 12:17 (UTC +04:00)
İyun ayının 21-dən etibarən tətbiq ediləcək xüsusi karantin rejimi ilə əlaqədar olaraq yerdəyişmə müsabiqəsində vakant yer tutmuş namizədlərdən əmək kitabçası və əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən çıxarış tələb olunmayacaq.
Yerdəyişmə müsabiqəsində vakant yer tutmuş müəllimlərdən BUNLAR tələb olunmayacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

İyun ayının 21-dən etibarən tətbiq ediləcək xüsusi karantin rejimi ilə əlaqədar olaraq yerdəyişmə müsabiqəsində vakant yer tutmuş namizədlərdən əmək kitabçası və əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən çıxarış tələb olunmayacaq.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, namizədlər iyulun 1-dək şəxsi səhifələrinə yalnız təhsil haqqında sənəd və ona əlavəni skan edərək vahid fayl şəklində pdf formatında yükləyib təsdiq etməlidirlər.

Sənədlər yoxlanıldıqdan sonra müvafiq məlumatlar namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti