...

Karantin rejimi sərtləşdirilməyən rayonlarda imtahanlar keçiriləcək - DİM AÇIQLADI

Cəmiyyət Materials 20 İyun 2020 12:58 (UTC +04:00)
Karantin rejimi sərtləşdirilməyən rayonlarda imtahanlar keçiriləcək - DİM AÇIQLADI

Bakı. İlhamə İsabalayeva – Trend:

Sərt karantin rejimi tətbiq olunan şəhər və rayonlarda gələn həftəyə planlaşdırılan müəyyən imtahanlar təxirə salınıb, digər rayonlarda isə imtahan keçirmək imkanı yaradılıb.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə deyib.

"Biz abituriyentlərdən tələb edirik ki, imtahana maska ilə gəlsinlər. İndiki zamanda hər kəs özünü qorumalıdır".

M.Abbaszadə qeyd edib ki, bu gün saat 10-dan etibarən iyunun 24-25-də keçiriləcək imtahanalara buraxılış vərəqəsi almaq mümkündür: “Bunlar 9 və 11-ci siniflər üçün Azərbaycan dili imtahanlarıdır. Çox zaman buraxılış vərəqələrinin çapında orta məktəb müəllimləri kömək edir. Binaların bu imtahana hazırlanmasında da onların çox böyük zəhməti olub. Buna görə müəllimlərə minnətdarlığımı bildirirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti