...

Bu il 800-ə yaxın işsiz və işaxtaran şəxsi peşə hazırlığına cəlb edilib

Cəmiyyət Materials 2 İyul 2020 15:59 (UTC +04:00)
Bu il 800-ə yaxın işsiz və işaxtaran şəxsi peşə hazırlığına cəlb edilib

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bu ilin 6 ayında 800-ə yaxın işsiz və işaxtaran şəxs peşə hazırlığı kurslarına cəlb edilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, onlardan 409-u qadın, qalanları kişilərdir. Həmçinin kurslara cəlb olunanların 255-ni gənclər təşkil edib.

İşsiz və işaxtaran şəxslərin peşə bacarıqlarına yiyələnməklə məşğulluğuna şərait yaradılması məqsədi daşıyan kurslarda aşpaz, dərzi, xalçaçı, kompyuter mühasibliyi, kompyuterçi dizayner, qaynaqçı, istixana operatoru, şirniyyatçı, kopyuter istifadəçisi, vizajist, bərbər və s. peşələr tədris olunub. İştirakçılardan bir qismi artıq kursu bitirib və onlara sertifikatlar təqdim edilib.

Kursların müdavimlərinə minimum aylıq əməkhaqqı məbləğində təqaüd də verilir.
Pandemiya ilə əlaqədar peşə hazırlığı prosesində fasilə yaranan kursların müdavimlərinə Nazirlər Kabinetinin müvafiq qərarı ilə həmin təqaüdlərin verilməsi davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti