...

Şahmar Mövsümov: Bəzi insanlar işləməkdənsə, birdəfəlik yardımı almağa üstünlük verirlər

Cəmiyyət Materials 20 İyul 2020 18:14 (UTC +04:00)
20 mindən çox ictimai iş yerləri hələ də boşdur, lakin insanlar o işlərdə işləməkdənsə 190 manat birdəfəlik yardımı almağa üstünlük verir.
Şahmar Mövsümov: Bəzi insanlar işləməkdənsə, birdəfəlik yardımı almağa üstünlük verirlər

Bakı. Elçin Mehdiyev – Trend:

20 mindən çox ictimai iş yeri hələ də boşdur, lakin bəzi insanlar o işlərdə işləməkdənsə, 190 manat birdəfəlik yardımı almağa üstünlük verirlər.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bu gün Nazirlər Kabineti yanında Operativ Qərərgahın birifinqində deyib.

Ş.Mövsümov bildirib ki, bir sıra şəxslər dövlətdən aldığı 190 manatı bir ay ərzində istifadə etməyib. O qeyd edib ki, həmin şəxslər növbəti ay 190 manatdan məhrum edilib: “Bu şəxslər o vəsaiti istifadə etməyibsə, deməli ona ehtiyacı olmayıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti