Bakı. Trend:
Beynəlxalq Gənclər Gününə həsr olunmuş onlayn intellektual turnir keçirilib.
Trend-in məlumatına görə, turnir "Könüllü DOST" proqramının könüllüləri və Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
200-ə yaxın könüllü 31 komandada birləşərək biliklərini sınayıblar. İntellektual yarışda Azərbaycan İdman Könüllülərini təmsil edən “SpartAİK” komandası turnirin qalibi olub. Dövlət Gömrük Komitəsini təmsil edən “Könüllü Gömrükçü-2” komandası yarışı ikinci yerdə başa vurub. Gənc Könüllülər Hərəkatını təmsil edən “Kürmük” komandası isə üçüncü yerə layiq görülüb.
Qalib komandalar diplom və sertifikatla mükafatlandırılacaq.