...

İsmayıllıda “ad günü” məclisi təşkil edənlər cərimələnib (VİDEO)

Cəmiyyət Materials 21 Avqust 2020 15:32 (UTC +04:00)
İsmayıllıda “ad günü” məclisi təşkil edənlər cərimələnib (VİDEO)

Bakı. Trend:

İsmayıllı Rayon Polis Şöbəsinə rayonun Kürdmaşı kəndində yerləşən evlərin birində yığıncaq təşkil edilməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvana gəlib və ev sahibi Vüqar Tağıyevin karantin qaydalarını pozaraq, qızına doğum günü məclisi təşkil etdiyi məlum olub.

Məclisi təşkil edənlər barəsində protokol tərtib edilərək, cərimələniblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti