...

Müəllim və şagirdlərin COVİD-19 testindən keçirilməsi ilə bağlı AÇIQLAMA

Cəmiyyət Materials 11 Sentyabr 2020 16:21 (UTC +04:00)
Müəllim və şagirdlərin COVİD-19 testindən keçirilməsi ilə bağlı AÇIQLAMA

Bakı. İlhamə İsabalayeva – Trend:

Məktəblərdə tədris prosesi başlayandan sonra müəllim və şagirdlərin COVİD-19 testindən keçirilməsi ancaq onlarda şübhəli hallar aşkarlandıqda mümkün olacaq.

Trend-in məlumatına görə, bunu Təhsil nazirinin müşaviri Rüstəm Ağayev Nazirlər Kabinetinin "Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları" barədə Qərarına həsr olunmuş onlayn mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu ilşlər Səhiyyə Nazirliyi ilə birgə həyata keçiriləcək: “Şəxsdə hərarətin qalxması, dadbilmənin itməsi və öskürək olarsa, testdən keçiriləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti