...

I qrupda 600-dən çox bal toplayanların sayı çoxalıb

Cəmiyyət Materials 14 Sentyabr 2020 15:32 (UTC +04:00)
I qrupda 600-dən çox bal toplayanların sayı çoxalıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu il I qrupda 600-dən çox bal toplayanların sayı çoxalıb.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, birinci qrupda azalan yerlərin sayı 229-dur. Bu il birinci qrupda 600-dən çox bal toplayanlar 611 nəfər olduğu halda, keçən il bu say 553 idi.

M.Abbaszadə qeyd edib ki, bu səbəbdən I qrupda yüksək maraq olan ixtisaslar üzrə keçid ballarının yüksək olacağı gözlənilir.

DİM sədri əlavə edib ki, bu il 500-dən çox bal toplayanların sayı 1 903, keçən il 1 864 nəfər, bu il 400-dən çox bal toplayanların sayı 3 931, keçən il 3 935 nəfər olub. 400-dən aşağı bal toplayanların sayı da təxminən eyni səviyyədə qalıb. I qrupda plan yerlərinin azalmasına baxmayaraq, builki müsabiqə vəziyyətinin ötənilki kimi olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti