...

Dağlıq Qarabağın azad edilməsində ölkə başçısının siyasətini bütövlüklə dəstəkləyirik - Kamil Şahbazov

Cəmiyyət Materials 2 Oktyabr 2020 16:25 (UTC +04:00)
Dağlıq Qarabağın azad edilməsində ölkə başçısının siyasətini bütövlüklə dəstəkləyirik - Kamil Şahbazov

Bakı. Trend:

Təcavüzkar Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı başladığı genişmiqyaslı təxribatına Azərbaycanda mövcud olan siyasi partiyaların birgə bəyanatı xalqla dövlətin birliyini və həmçinin siyasi qüvvələrin vahid məqsədə xidmət etməsini nümayiş etdirir.

Birgə bəyanatda təcavüzkar Ermənistanın beynəlxalq hüquq normaları və tələblərini pozması kəskin şəkildə tənqid olunaraq onun işğalçı siyasəti pislənilir. Mülki əhalinin yaşadığı yaşayış məntəqələrinin və təsərrüfat subyektlərinin hədəfə alınması faktları insanlığa qarşı edilən qatı cinayət kimi beynəlxalq təşkilatlar və xüsusilə də Minsk qrupunun həmsədr ölkələri tərəfindən obyektiv qiymətləndirilməlidir.

Siyasi partiyaların liderləri Ermənistanın təqribən 30 il ərzində BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinə məhəl qoymadığını vurğulayaraq, Azərbaycana qarşı tətbiq edilən hazırlığa və ikili standarta son qoyulmasını və ədalətin bərpa olunmasını tələb edirlər. Ermənistan əhalisinin məruz qaldığı problemlər sadalanır və ölkə ictimayyətinin diqqətinin bu problemlərdən yayındırılması üçün Ermənistanın hakim dairələrinin hərbi təxribatlarla məşğul olduqları təkzib olunmaz faktlarla beynəlxalq faktorla beynəlxalq ictimayyətin nəzərinə çatdırılır. Ermənistanın siyasi rəhbərliyinin millitarist, iddialı və məsuliyyətsiz bəyanatları Dağlıq Qarabağ münaqişəsinin sivil qaydada sülh yolu ilə həllini qeyri-mümkün edir.

Partiya rəhbəri ölkə başçısı cənab prezident, Ali Baş komandan İlham Əliyevin fikirlərini dəstəkləyərək status – kvonun olduğu kimi qalmasının qeyri-mümkün olduğunu bəyan edirlər.

Birgə bəyanatda siyasi partiya rəhbərləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bizim Ermənistan torpağında siyasi və hərbi marağımız yoxdur” fikrini söyləməsi bir daha Azərbaycanın ədalətli mövqe tutmasından xəbər verir.

Bu gün təcavüzkar Ermənistanın təxribatlarına göz yummaq və onları qınaq obyektinə çevirməmək beynəlxlaq riyakarlıqdır və Ermənistanın işğalçılıq siyasətinə beynəlxalq təşkilatların göz yummasıdır. Ədalət isə onlardan adekvat tədbirlər görməyi tələb edir.

Azərbaycanın haqlı və ədalətli mövqeyi, xalqı birləşdirən siyasəti bu gün şəxsi ambisiyalardan imtina etməyi və milli maraqlar naminə vahid mövqedən çıxış etməyi tələb edir. Belə bir məsuliyyətli günlərdə tarixi haqq və ədalət uğrunda aparılan müharibədə xalq iqtidar və müxalifət cəhbələrinə bölünə bilməz və bunu etmək istəyənlərin isə bir adı var: “milli satqınlar”.

Müsavat Pariyası və Azərbaycan Xalq Cəhbəsi Partiyasının milli həmrəylik nümayiş etdirə bilməməsi bir daha onların səmimi olmadığını göstərir. Onların vətən torpaqlarının düşmən əsarətindən azad olunmasına biganə qalmalarının bir adı var: “düşmən dəyirmanına su tökmək”. Siyasi ədavət bəsləyən bu partiyalar belə bir məsul gündə Ali Baş komandan İlham Əliyevin yanında olmağa layiq olmadıqlarını bir daha sübut etdilər.

Kamil Şahbazov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti