...

MİDA-nın əməkdaşları Silahlı Qüvvələrə Yardım Fonduna ianə etdilər

Cəmiyyət Materials 5 Oktyabr 2020 16:56 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin və onun tabeliyində olan “MİDA” MMC-nin əməkdaşları könüllü olaraq aylıq vəzifə maaşlarını Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2002-ci il tarixli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə ediblər.

Bu barədə Trend-ə MMC-dən məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti