...

Təhsil naziri Emin Əmrullayev Bərdədə həlak olan şagirdin yaxınlarına başsağlığı verib

Cəmiyyət Materials 27 Oktyabr 2020 22:20 (UTC +04:00)
Təhsil naziri Emin Əmrullayev Bərdədə həlak olan şagirdin yaxınlarına başsağlığı verib

Bakı. Trend:

"Ermənistan silahlı qüvvələrinin dinc əhalimizə qarşı cinayət əməlləri davam etməkdədir. Çox təəssüf ki, bu gün daha bir şagirdimiz düşmən təcavüzünün qurbanı olub. Həlak olan Aysu İsgəndərova Bərdə rayonu Qarayusifli kənd tam orta məktəbinin 2-ci sinif şagirdi idi".

Trend-in məlumatına görə, bu sözləri Təhsil naziri Emin Əmrullayevin öz "Facebook" səhifəsində yazıb.

E.Əmrullayev bildirib: "Allahdan şagirdimizə rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verirəm!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti