...

Həkim ginekoloqların ifasında Qarabağ döyüşlərinə həsr olunmuş marş təqdim olunub (VİDEO)

Cəmiyyət Materials 7 Noyabr 2020 13:30 (UTC +04:00)
Həkim ginekoloqların ifasında Qarabağ döyüşlərinə həsr olunmuş marş təqdim olunub (VİDEO)

Bakı. Trend:

Artıq bir aydan çoxdur ki, 30 il əvvəl işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda muzəffər ordumuz rəşadətlə döyüşur. Vətənimizin bu çətin, eyni zamanda ağır günlərində hər bir azərbaycanlı vəzifəsindən, cəmiyyətdə tutduğu statusundan asılı olmayaraq həm əsgər və zabitimizin, həm də ali baş komandanın ətrafında yumruq kimi birləşmişdir Geri alınan torpaqların müjdəsi hər birimizə fərəh və qürur verir, vətənpərvərlik hisslərini cuşa gətirir. Aşıb-daşan bu mohtəşəm duyğular bəzən qələmlə kağıza, bəzən də notlarla musiqiyə çevrilir.

Venera Ramiz qızının «Qarabağ taxtına çıxmaq vaxtıdır” şeirinə həkim mama ginekoloq İradə Əliyevanın bəstələdiyi “Qarabağa yürüş marşi” da bu zəmində yaranmışdır. Həkim kolleqaları ilə birlikdə mahnını ifa edərək lentə almışlar.

Sözlər: Venera Ramiz qızı
Musiqi: Həkim-ginekoloq İradə Əliyeva
İfa: Ginekologlar-
İradə Əliyeva
Xatirə Mirzəyeva
Sevda Baxşəliyeva
Maya Suleymanova
Rəna Mirzəyeva
Aranjeman: Rövşən Yusifov

Lahiyə “The Prime Group” şirkətlər qrupunun dəstəyi ilə həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti