...

Virtual dərslərin dəyişməz cədvəli olmalıdır - Təhsil Nazirliyi

Cəmiyyət Materials 13 Noyabr 2020 14:31 (UTC +04:00)
Virtual dərslərin dəyişməz cədvəli olmalıdır - Təhsil Nazirliyi

Bakı. İlhamə İsabalayeva - Trend:

Virtual dərslərin dəyişməz cədvəli olmalıdır.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, müəllimlər dərs cədvəllərinin dəyişməz qalmasına çalışmalıdırlar:

“Müəllimlərin dərs cədvəli heç olmasa, bir ay belə olsun. Bu, çox vacibdir. Bu, əvvəla şagirdləri bir rejimdə saxlayır. Digər tərəfdən, bu, şagirdlərin dərslərdə iştirak faizini qaldıracaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti