Xalq yazıçısı Kamal Abdullanın “Seçilmiş əsərləri”nin dördüncü cildi işıq üzü görüb

Xalq yazıçısı Kamal Abdullanın “Seçilmiş əsərləri”nin dördüncü cildi işıq üzü görüb

Bakı. Trend:

Xalq yazıçısı, akademik Kamal Abdullanın “Seçilmiş əsərləri”nin dördünücü cildi işıq üzü görüb. Kitab müəllifin “Qorqudnamə” adı altında birləşdirdiyi elmi, publisistik əsər­lərdən bəzilərini əhatə edir. Bu cildə Kamal Abdullanın xalqımızın ana kitabı “Kitabi-Dədə Qorqud” dastanının gizli qatlarından dünya xalq­la­rı­nın eposları ilə müqayisəli şəkildə bəhs edən “Gizli “Dədə Qorqud”, yaxud Mif­dən Yazıya” kitabı, Dastanın poetik özəlliklərini elmi əsəslarla şərh edən fundamental “Kitabi-Dədə Qorqud” poetikasına giriş” monoqrafiyası, Azərbaycanşünaslığın “Dədə Qorqud” dastanında təzahürünü tapmış so­sial, iqtisadi, etnik, dini, milli, siyasi köklərindən bəhs edən “Azərbay­can­çılıq və “Kitabi-Dədə Qorqud” adlı dərs vəsaiti və dastanla bağlı elmi-pub­li­sistik məqalələri, oçerkləri daxil edilib.

Bu cildə müəllifin Qorqudşünaslıqla bağlı həyata ke­çir­diyi geniş miqyaslı işlərin və araşdırmaların, o cümlədən, “Gizli “Dədə Qor­­qud” silsiləsinin yalnız bir qismi daxil edilib. Belə ki, akademik Kamal Ab­dullanın 1991-ci ildə çap olunmuş “Gizli “Dədə Qorqud” əsəri 1999-cu ildə əlavələr edilmiş və təkmilləşdirilmiş halda “Sirriçində dastan” və yaxud Gizli “Dədə Qorqud”-2” adı ilə yenidən nəşr edilib. Lakin bu ki­tab­la­rın heç biri IV cildə daxil edilməyib. Bu kitabların bütün elmi kvin­tessensiyası müəllifin IV cildə daxil edilən “Gizli “Dədə Qorqud”, yaxud “Mifdən Yazıya” (Bakı, Mütərcim, 2009) adlı monoqra­fi­ya­sında akkumulyasiya olunub.

Müxtəlif illərdə türk və rus dillərinə tərcümə olunaraq Türkiyədə və Rusiyada çap edilən bu silsilə kitabların mahiyyəti və əsas mövzusu “Kitabi-Dədə Qorqud” dastanının dərinində miflə yazının müna­si­bət­lə­ri­nin araşdırılmasından ibarətdir. Dastanın batinində gizlənmiş sirlər burada mi­fin gücündə və güzsüzlüyündə, həmçinin yazının mifə qalib gəlməsi, ya­xud məğlubiyyəti kontesktində aşkarlanaraq oxucuya təqdim edilir. Oxucu dastanın zəngin iç dünyasına Kamal Abdulla təxəyyülünün qanaqdlarında səyahət edir, dastan mətninin öz sirrinin aşkar etməmək üçün büründüyü qatbaqat libası bütövlükdə öz təsəvvüründə canlandırır.

Kamal Abdullanın “Kitabi-Dədə Qorqud” poeti­ka­sına giriş” (Bakı, 2017) monoqrafiyası dünya kulturoloji fikrinin kon­teks­tin­də yazılmış bir əsər kimi bu cilddə xüsusi yer tutur. Bu dərin elmi tədqi­qat əsə­ri rus dilinə tərcümə edilərək “Введение в поэтику “Китаби-Деде Коркуд” (Москва, Художественная литература, 2018) adı ilə Rusiyada, türk dilinə çevrilərək “Dede Korkud Kitabı” Poetikasına Giriş” (İstanbul, Ötüken Basınevi, 2020) adı ilə Türkiyədə nəşr edilib. Bu monoqrafiyada qədim bir mətn nümunəsi olan “Kitabi-Dədə Qorqud” dastanı ana­xro­nik mətn, bədiipoetik enerji, bədiipoetik yasaqlar, estetik poetiklik, auten­tik mif, mif dövrü, ibtidai sənətlərin və qədim mətnin formalaşma prosesi, birbaşa və məcazi məna sahələri, xaos-kosmos qarşıdurması kimi yeni termin və anlayışların orbitində qiymətləndirilir. Burada Dastanın mət­ni mifdən yazıya doğru müxtəlif tarixi və kulturoloji dövrlərin izlərini öz canında daşıyan anaxronik mətn kimi tədqiq olunur. Kamal Abdulla bu ta­rixi dövrləri mərhələlər kimi götürərək onları kulturoloji və estetik key­fiy­yətlərinə görə də ayrıca təhlil edir. Bu elmi analizlərin nəticəsində oxu­cu “Dədə Qorqud” qəhrəmanlarının mənəvi-psixoloji və ictimai for­ma­si­yasını mətnin dilindən verilən nümunələr əsasında tam təsəvvür edə bilir.

Akademik Kamal Abdullanın “ADA” Universitetində tələbələrə oxu­du­ğu “Azərbaycanşünaslıq” mühazirələrinin əsasında hazırlanmış “Azər­bay­cançılıq və “Kitabi-Dədə Qorqud” adlı dərs vəsaiti IV cildin xüsusi bir böl­məsini təşkil edir. “Dədə Qorqud” dastanında bəhs edilən Oğuz cəmiyyətinin sosial, iqtisadi, etnik, dini, milli, siyasi durumu və dövlətçilik dü­şün­cəsi müstəqil Azərbaycanın əsas ideologiyası olan Azərbaycançılıq kon­tekstində təhlil edilir. Ulu öndər Heydər Əliyevin xalqımızın sahib ol­du­ğu qədim adət-ənənələr üzərində yaratdığı və bu gün dünyada olan bütün azər­baycanlıları birləşdirən Azərbaycançılıq ideologiyasının ilkin rüşeym­ləri dastan mətnindən hasil edilir və oxucuya təqdim olunur.

Bu cildin son bölümünü təşkil edən məqalələr də birbaşa “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı Kamal Abdullanın müxtəlif illərdə yazıb öl­kə­mizdə və xaricdə çap etdirdiyi dastan mətninin ayrı-ayrı prob­lem­lə­rin­dən bəhs edən elmi və elmi-populyar tədqiqlərdir. Bura həmçinin “Kitabi-Dədə Qorqud” ensiklopediyası”nda Kamal Abdullanın müəllifi olduğu ensiklopedik oçerklər də daxil edilmişdir. Hər bir oçerk dastan mətnində olan və ya mətni anlamaqda oxucuya kömək edən anlayışların əhatəli iza­hı­na həsr edilib.

Akademik Kamal Abdulla “Kitabi-Dədə Qorqud” dastanının uni­ver­sal şər­hinə, ana abidəmiz olan dastanın dünyada tanıdılmasına təkcə elmi və bədii yaradıcılığında deyil, ictimai, həmçinin dövlət xadimi kimi siyasi fəa­liy­yətində də böyük yer verib. Belə ki, Kamal Abdulla “Kitabi-Dədə Qor­qud” dastanının dünya xalqalarının eposları ilə birgə öyrənilməsi üçün “Kitabi-Dədə Qorqud” və “Nibelunqlar nəğməsi” adlı müqayisəli elmi araş­­dır­­malar proyektinin əsas müəlliflərindən (Almaniyadan prof. Z.Hart­man və prof. H.Buşhotenlə bir yerdə) və bu layihə çərçivəsində on il ərzin­də alman alim­ləri ilə bir yerdə ölkəmizdə və xaricdə həyata keçirilən konfrans, dəyirmi masa və nəşrlərin təşkilatçılarından biri olub.

Akademik Kamal Abdulla 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tər­cü­məsi və nəşrinin 200 illiyinin qeyd edilməsi ilə bağlı imzaladığı xüsusi sə­rəncamdan irəli gələn tədbirlərin icrasına rəhbərlik edib. Bu cildin məqa­lələr hissəsində verilən yazı da məhz alman diplomatı və şərqşünası Fridrix fon Ditsin türk dünyası üçün gördüyü misilsiz fəaliyyətə müəllifin minnət­darlığının ifadəsidir.

Xalq yazıçısı Kamal Abdullanın çoxcildliyinin müxtəlif cildlərinə daxil edilən “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında yazılmış şeirlər, kiçik poemalar, esselər, hekayələr, romanlar, pyeslərlə yanaşı, bu isti­qamətdə namizədlik və doktorluq dissertasiyalarına rəhbərlik etməsi, Qor­qudşünaslıqla bağlı məruzələri, müsahibələri də, əslində, müəllifin dəyərli “Qorqudnamə”sinə daxil edilə bilər. Deməli, “Qorqudnamə” bu gün də davam edir desək, səhv etmərik. Məhz buna görə Kamal Abdullanın Qorduqşünaslıq istiqamətindəki titanik fəaliyyətini yüksək dəyər­ləndirən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev 1999-cu ildə Azərbaycan xalqının mühüm tarix və mədəniyyət abidələrindən olan “Kitabi-Dədə Qorqud” dastanının tədqiqindəki xidmətlərinə görə ona “Azər­baycan Respublikasının əməkdar elm xadimi” fəxri adını vermişdir.

"Mastercard" kartlarını sifariş vermək üçün banka getməyə ehtiyac olmayacaq
"Mastercard" kartlarını sifariş vermək üçün banka getməyə ehtiyac olmayacaq
Unibank filialı yeni konseptdə və yeni ünvanda (FOTO)
Unibank filialı yeni konseptdə və yeni ünvanda (FOTO)
Unibankda yeni təyinat olub
Unibankda yeni təyinat olub
Loading Bars
Xəbər lenti
Tanınmış tarixçi alim koronavirusdan vəfat edib
Bərdədə avtomobil və heyvan oğruları saxlanılıb
Lahorda Xocalı soyqırımı qurbanları anılıb (FOTO)
Bayramqabağı karantin rejimi sərtləşdirilə bilərmi? - AÇIQLAMA
Azad olunmuş ərazilərə qanunsuz keçmək istəyən 9 nəfər saxlanılıb
"Mastercard" kartlarını sifariş vermək üçün banka getməyə ehtiyac olmayacaq
Bakıda avtomobil yanıb
Zəngəzurdan İrəvanadək bütün izlər məhv edilib - Erməni vandalizmi "Sahil Kərimli ilə Aktual" videolayihəsində
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Marketlərdə mobil telefonla ödəniş layihələri işlənilir
Əfv komissiyasının növbəti iclasının vaxtı bilindi
DOST mərkəzlərində 303 mindən çox şəxsə xidmət göstərilib
Azərbaycan nefti ucuzlaşır
Azərbaycanda peyvənd olunanların sayı 300 mini ötüb
Daha 3 qazi və bir şəhid atasının əməliyyat xərcləri qarşılanıb (FOTO)
Bakı metrosunda bu tarixdə qatarlar işə salınacaq
Dəmir yolları ilə ötən il 14 milyon tondan çox yük daşınıb
AÇG və Şahdəniz yatağı üzrə builki gəlirlər açıqlanıb
Bakının mərkəzində quzu gəzdirən şəxslərlə bağlı DİN-dən açıqlama
Erməni vandallarının dağıtdığı tarixi-dini abidələr yenidən bərpa edilir - Pərvin Kərimzadə
Futbol üzrə Avropa çempionatının başlamasına 100 gün qalır
FHN əməkdaşları vaksinasiya üçün könüllü müraciət edə bilərlər - Rəis müavini
Pandemiyaya görə ayrılan vəsaitlərin auditi aparılır - Palata sədri
Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb
Ermənistanda hakimiyyət dəyişikliyi 10 noyabr razılaşmasına təsir edə bilməz - SƏBƏBLƏR
Bu günə qədər 300-dən artıq FHN əməkdaşı vaksinasiya olunub
Unibank filialı yeni konseptdə və yeni ünvanda (FOTO)
Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək
Bir gündə cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Bu məktəb də 1 həftəlik bağlandı (ƏLAVƏ OLUNUB)
FHN əməkdaşlarının vaksinasiyası aparılır (FOTO/VİDEO)
Gəncədə 40 min manatlıq narkotik dövriyyədən çıxarılıb (FOTO)
Dövlət qulluğuna imtahanda qadınların göstəriciləri daha yüksək olub - DİM
Milli Məclisin növbəti iclasının vaxtı məlum oldu
Pakistanın Baş qərargah rəisi Azərbaycanda səfərdədir
Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əməkdaşlıq inkişaf edir (FOTO)
Yaponiya 13 ölkədən giriş qaydalarını sərtləşdirəcək
Bu gün xarici valyutaların manata qarşı məzənnələri
Fəxrəddin Manafovun həyat yoldaşı vəfat edib
"SOCAR Türkiyə"də səhmdarlarımız üçün dəyər yaradan layihələri qarşıya məqsəd qoymuşuq (MÜSAHİBƏ)
ExxonMobil Sinqapurdakı filialında 300-ə yaxın işçini ixtisara salır
ABŞ-ın Rusiyadakı keçmiş səfiri Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı təyin edilir
Braziliyada ötən sutka cari ilin koronavirusdan maksimum ölüm hadisəsi qeydə alınıb
OPEC+ monitorinqində defisit fonunda aprel ayında neft hasilatındakı artım müzakirə ediləcək
ÜST: Dünyada ötən sutka koronavirusa 280 mindən çox yoluxma qeydə alınıb
ABŞ-nın Dövlət katibi Qətər XİN-in başçısı ilə Əfqanıstandakı vəziyyəti müzakirə edib
İngiltərə futbol çempionatı: "Mançester Siti" "Vulverxempton"a qalib gəldi
"Borussia" Almaniya futbol Kubokunun ilk yarımfinalçısı oldu
Cənubi Sudanda təyyarə qəzaya uğrayıb, bütün sərnişinlər həlak olub
Azərbaycanın internet seqmentində fişinq-hücumların sayı azalıb
Myanmada təxminən 1.3 min adam saxlanılıb
Türkiyədə son sutkada koronavirusdan 7 892 nəfər sağalıb
Azərbaycan mobil qurğular bazarında liderlər açıqlanıb
İtaliya Parlamenti tərəfindən qəbul edilmiş qətnamədə Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin verilməsi tələb olunub
2021-ci il Formula 1 Azərbaycan Qran Prisinin media akkreditasiya qeydiyyatı başlayıb (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi münasibətilə xalqımızı təbrik edib (FOTO)
Bakıda 4 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilib
Övladınızın intihar səbəbi olmayın - AzTV (VİDEO)
Bakıda yaşayış binasında yanğın olub, bir nəfər xilas edilib
COVAX təşəbbüsü çərçivəsində ölkələrin müvafiq peyvəndlə təmin olunmasına dair verilən vədə əməl edilməyib - Agentlik
"SOCAR Turkey" IBM-in bulud texnologiyasından istifadə edəcək
Hansısa bir məktəbdə koronavirusa yoluxma olarsa, bütün tədris müəssisələri qapanmalı deyil - Ekspert
Azad edilmiş ərazilərdə torpaq sahələrinin inventarlaşdırılması başa çatıb
İşğaldan azad olunan ərazilərlə bağlı İqtisadi məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Dövlətimizin vaxtında gördüyü tədbirlər nəticəsində ermənilərin təxribatı iflasa uğradı - Komitə sədrinin müavini
"Android" Azərbaycanın əməliyyat sistemi bazarında liderdir
COVAX təşəbbüsü əhəmiyyətini itirir: Ədalətsizlik və qeyri-bərabərlik...
Van Qoqun rəsminin eskizi rekord qiymətə satıldı
İordaniyadakı Azərbaycan diasporu Xocalı soyqırımı qurbanlarını yad edib
Ukrayna telekanalı Prezident İlham Əliyevin mətbuat konfransı barədə xüsusi reportaj yayımlayıb (FOTO/VİDEO)
Vətən müharibəsinin qəhrəmanlarından olan Camal Alxasova təqaüd kartı təqdim edilib (FOTO)
Perm şəhərində Xocalıya ədalət tələb edilib
Əfv komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
Füzuli rayonunun Üçbulaq kəndi (FOTO/VİDEO)
Almaniya və Niderlanddakı diaspor təşkilatları Xocalı soyqırımı ilə bağlı videokonfrans təşkil edib
Nyu-Yorkdakı Sultan Eyyub məscidində Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması barədə sərəncam verildi
Kür çayının daşması nəticəsində zərər görən evlərə qaz verildi (FOTO)
Qlobal Jurnalistlər Şurasının sədri Mətbuat Şurasında olub (FOTO)
Beynəlxalq Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi keçirilir - XİN
Martın 3-nə USD/AZN rəsmi məzənnəsi
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş SİYAHISI
Hərbi qulluqçuların maaşları artırıldı - RƏSMİ
"Azərpoçt"a yeni baş direktor təyin olunub
Vilyam Hacıyevin həbs müddəti uzadıldı
Ləğv edilən aviabiletlər yenidən təxsis ediləcək - AZAL
Bakıda dələduzluqda təqsirləndirilən saxta "general" azadlığa buraxılıb
Almaniya şirkətləri Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak imkanlarını nəzərdən keçirir
Qanunsuz balıqçılıq göllərini harada gəldi yaradırlar - Nazirlik
Quş qripi xəstəliyinin Azərbaycanda yayılma riski artıb - AQTA (FOTO)
Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb
Türkiyəli mütəxəssislər Qarabağda AzTV ilə birgə film çəkəcək
Yaponiya portalı ermənilərin Azərbaycan torpaqlarında törətdikləri dağıntılar barədə videoreportaj hazırlayıb (FOTO)
Prezident İlham Əliyevin mətbuat konfransında səsləndirdiyi fikirlər İtaliya mediasının da diqqət mərkəzində olub (FOTO)
Magistraturaya qəbul imtahanının nəticələri elan olundu
Pay torpaqlarında aparılan tikintilərlə bağlı nazirlikdən XƏBƏRDARLIQ
“Muğanbank” ASC fəaliyyətini müsbət dinamika ilə davam etdirir
Fərdi ovçuluq təsərrüfatlarının yaradılması üçün lisenziya lazımdır - Nazirlik
Bakıda 55 min manatlıq dələduzluq edən ata-oğula cinayət işi başlandı
Unibank filialı yeni konseptdə və yeni ünvanda (FOTO)
Bütün xəbərlər