...

Vaksinasiyanın aparılmasına başlanılarsa, bu bəladan tez xilas olarıq - Mütəxəssis

Cəmiyyət Materials 26 Dekabr 2020 14:34 (UTC +04:00)
Vaksinasiyanın aparılmasına başlanılarsa, bu bəladan tez xilas olarıq - Mütəxəssis

Bakı. İlhamə İsabalayeva - Trend:

Hazırkı dövrdə COVID-19 infeksiyasına qarşı vaksinasiyanın aparılması pandemiyadan xilas olmadığımız üçün ən əsas yoldur. Buna görə də nə qədər tez müddətdə vaksinasiyanın aparılmasına başlanılarsa, bir o qədər tez bu bəladan xilas olmuş olarıq.

Bunu Trend-ə tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.

Artıq bəzi ölkələrin vaksinasiyaya başladığını, bəzilərinin isə buna hazırlıq apardıqlarını xatırladan mütəxəssis qeyd edib ki, vaksinasiya üçün düzgün peyvəndin seçilməsi olduqca vacibdir:

"Məsələn, Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib ki, ölkələri vaksin seçimində inaktivləşdirilmiş vaksin platformasına üstünlük verilib. Türkiyə hər hansı vaksini seçməzdən əvvəl onu öz əhalisi arasında kliniki sınaqdan keçirməyin faydalı olduğunu nəzərə alaraq, inaktivləşdirilmiş "CoronaVac" vaksininə üstünlük verilib. Sinovac şirkətinin hazırladığı "CoronaVac" vaksininin Türkiyə üzrə nəticələri 91,25% effektivlik göstərib".

Azərbaycanın da "CoronaVac" kimi effektivlik faizi yüksək olan vaksinlərdən istifadə etməsinin tərəfdarı olan Y.Abdiyeva deyib ki, ÜST tərəfindən bir vaksinin minimum 50% effektiv olması yetərli sayılır. Vaksinin effektivlik faizinin 90-nı ötməsi isə onun nəticəsinin səmərəli və təhlükəsiz olacağı anlamına gəlir.

Vaksinasiyanın indyədək bir çox yoluxucu xəstəliklərin müalicəsində istifadə edildiyini deyən ekspert əhalini də keçiriləcək vaksinasiya tədbirlərində aktiv iştirak etməyə çağırıb:

"Rəsmi məlumatlara görə, gələn illin əvvəlindən vaksinasiyaya başlamaq nəzərdə tutulur. İlk növbədə risk qrupuna daxil olan insanların COVİD-19 virusuna qarşı vaksinasiyası aparılacaq. Bu iş könüllü həyata keçiriləcək. Bu gün ağır pandemiyadan qurtulmağın vaksinasiyadan başqa yolu yoxdur. Çünki yalnız vaksin insan orqanizmində virusa qarşı süni immunitet yaradır və onu virusdan qoruyur. İnsanlar vaksinasiyanın səmərəsinə inanmalı və bunu qəbul etməlidirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti