...

Qalib əsgərlərimiz 2021-ci ildə Azərbaycan xalqına həmrəy olmağı arzu edir (FOTO)

Cəmiyyət Materials 30 Dekabr 2020 18:07 (UTC +04:00)
Qalib əsgərlərimiz 2021-ci ildə Azərbaycan xalqına həmrəy olmağı arzu edir (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Azərbaycan ordusunun qalib əsgərləri Ağdamdan Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti təbrik edib.

Trend-in məlumatına görə, Ağdamın Mollalı kəndində xidmət edən əsgərlər məhz bu ərazidə vətənin keşiyində durduqlarından fəxr hissi keçirdiklərini dilə gətiriblər. Onlar bildirirlər ki, Ağdamda havalar sərt keçsə də əhval-ruhiyyələri çox yüksəkdir:

Aslanov Əli, Bakı şəhəri Nəsimi rayonu:

“Həqiqətən Ağdam rayonunda xidmət etmək mənim üçün qürurverici hisdir. Buradan Cənab Prezident İlham Əliyevə də öz təşəkkürümü bildirmək istəyirəm ki, uzun illərdir xalqımızın gözlədiyi arzunu yerinə yetirdi. Sağ olsun ki, bizi öz dogma torpaqlarımıza qovuşdurdu.

Fürsətdən istifadə edib hərbçi yoldaşlarımı, Azərbaycan xalqını və o cümlədən, öz ailəmi qarşıdan gələn Həmrəylik Günü və yeni il münasibəti ilə təbrik etmək istəyirəm. Valideynlərimə demək istəyirəm ki, hər şey yaxşıdır və bundan sonra da yaxşı olacaq”.

Emil Səfərov, Bakı şəhəri Suraxanı rayonu:

“Artıq 6 aydır ki, vətənə öz borcumu yerinə yetirirəm. Suqovuşan istiqamətində döyüşlərdə də iştirak etmişəm. Öz valideynlərimə demək istəyirəm ki, narahat olmasınlar, hər şey yaxşıdır. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə də xalqımızı təbrik etmək istəyirəm. İnanıram ki, 2021-ci il Azərbaycan üçün çox yaxşı il olacaq”.

Əsgər İsmayılov, Qəbələ rayonu Zərgar kəndi:

“Müharibənin ilk günündən könüllü olaraq döyüşlərə qoşulmuşam və hazırda da Ağdamda xidmətimə davam edirəm. Suqovuşan istiqamətində gedən döyüşlərdə kəşfiyyat bölüyündə iştirak etmişəm. Mən də qarşıdan gələn bayram münasibəti ilə bütün xalqımı təbrik etmək istəyirəm. Xalqımızı daim həmrəy görmək arzusu ilə onlara düşərli bir il arzu edirəm.

Həmişə arzu etmişik ki, bayramlarımızı işğal altında olan torpaqlarda keçirək. Bu gün həmin arzular gerçək olub, mən və digər əsgər yoldaşlarım çox xoşbəxtik ki, 2021-ci ili Qarabağda qarşılayırıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti