...

"Karvannews" portalı İkinci Qarabağ müharibəsinə həsr olunmuş silsilə reportajların hazırlanmasına başlayıb

Cəmiyyət Materials 7 Yanvar 2021 14:51 (UTC +04:00)
"Karvannews" portalı İkinci Qarabağ müharibəsinə həsr olunmuş silsilə reportajların hazırlanmasına başlayıb

Bakı. Trend:

"Karvannews" portalı "youtube" kanalında İkinci Qarabağ müharibəsinə həsr olunmuş silsilə reportajların hazırlanmasına başlayıb.

Bu layihədə şəhid ailələri ziyarət ediləcək. Ailələr vətən uğrunda şəhid düşən övladlarından bəhs edəcək. Karvannews saytının 2783 rubrikasında şəhidlərimizin həyatları ilə yaxından tanış ola biləcəksiniz.

Azərbaycanın igid, qəhrəman əsgərlərinin həyatına işıq tutulacaq. Onların vətən yolunda şücaəti, fədakarlıqları, keçdikləri uzun, keşməkeşli yolları saytımızda və youtube kanalımızda yayımlayacağıq.

Şəhid ailələrinin mənəvi ehtiyacları, sosial problemləri də bu layihədə əksini tapacaq.

Bizi izləməyə davam edin!

https://www.youtube.com/watch?v=KjBrfJTcmFk&feature=emb_title

Məqalədə:
Xəbər lenti

Xəbər lenti