...

Zəfər Günü iş günü hesab olunmayan bayram günü olacaq

Cəmiyyət Materials 12 Yanvar 2021 21:54 (UTC +04:00)
Zəfər Günü iş günü hesab olunmayan bayram günü olacaq

Bakı. Trend:

Zəfər Günü iş günü hesab olunmayan bayram günü olacaq.

Trend-in məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, qanunun qəbulu Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 3 dekabr 2020-ci il tarixli sərəncamından irəli gəlir.

Hər il noyabrın 8-i Zəfər Günü olacaq.

Xəbər lenti

Xəbər lenti