...

Vaksin vurulan hər 100 nəfərdən 91-92-si virusdan tam qorunacaq - TƏBİB

Cəmiyyət Materials 15 Yanvar 2021 11:41 (UTC +04:00)
Vaksin vurulan hər 100 nəfərdən 91-92-si virusdan tam qorunacaq - TƏBİB

Bakı. İlhamə İsabalayeva – Trend:

COVİD-19-a qarşı vaksin istifadə edən hər 100 nəfərdən 91-92-i virusdan tam qorunacaq, qalanları isə xəstəliyə yoluxsa da, onu yüngül keçirəcək,

Bunu Trend-ə TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib.

Onun sözlərinə görə, Avropa ölkələrində, ABŞ-da, Rusiyada, Çində istehsal olunan vaksinlərin effektivliyi çox yüksək qiymətləndirilir. Çünki bu namizəd vaksinlərin əksəriyyətinin effektivliliyi 90 faizdən çoxdur:

“Çində hazırlanan "Sinovac” vaksininin 3-cü faza təhlükəsizlik sınaqları Türkiyədə də həyata keçirildi. Orada da onun effektivliliyi 91-92 faiz olduğu aşkar olundu. Bu, çox yüksək göstəricidir. Bu, o deməkdir ki, biz bu vaksini 100 nəfər üçün istifadə etsək, onların 91-92-i virusdan tam qorunacaq, qalanları isə xəstəliyi yüngül keçirə bilər".

A.Qurbanov əlavə edib ki, Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə görə, bir vaksin insanı virusdan 50 faizdən çox qoruyursa, o, effektiv sayılır.

TƏBİB rəsmisi qeyd edib ki, istifadə edilən vaksinlər minimal yan təsirlərə malikdirlər.

Onun sözlərinə görə, dünyada istifadə edilən digər vaksinlərdə də belə hal özünü göstərir.

Xatırladaq ki, dünən canlı yayımda Türkiyə dövlət başçısı Ərdoğana Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub. Türkiyədə vaksinasiya prosesində Çinin "Sinovak" əczaçılıq korporasiyası tərəfindən hazırlanmış "CoronaVac" inaktiv peyvəndindən istifadə olunur.

Türkiyənin Əczaçılıq və Tibbi Ləvazimat Təşkilatı laborator şəraitdə 14 gün araşdırma apardıqdan sonra ölkə ərazisində "CoronaVac" vaksininin tətbiqinə icazə verib.

Türkiyə dövlət başçısına Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti