...

Artıq 14 nəfər peyvənd olunub, vəziyyətləri yaxşıdır - Baş həkim

Cəmiyyət Materials 19 Yanvar 2021 13:32 (UTC +04:00)
Artıq 14 nəfər peyvənd olunub, vəziyyətləri yaxşıdır - Baş həkim

Bakı. Ceyhun Ələkbərov - Trend:

Dünəndən başlayan vaksinasiya prosesində indiyə qədər 14 nəfərə vaksin vurulub.

Bu barədə Trend-ə Səbail rayonu 2 nömrəli şəhər poliklinikasının baş həkimi Sevda Aslanova bildirib. Onun sözlərinə görə, vaksin vurulan şəxslərin vəziyyəti tam normaldır:

"Bildiyimiz kimi vaksinasiya prosesinə ötən gündən start verilib. İlk olaraq baş həkim kimi mən vaksinasiya olundum, daha sonra digər işçilər. Artıq 14 nəfərə vaksin vurulub, vəziyyətləri də yaxşıdır, heç bir əks-təsir müşahidə olunmayıb".

Baş həkim qeyd edib ki, vaksin vurulan şəxslərin hamısı işçi heyətidir və həftə sonuna kimi poliklinikanın 70-80 faizi vaksinasiyadan keçəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti