Bakı. Samir Əli - Trend:
Qeyri-sabit hava şəraitində "Azərişıq" ASC-nin Qəza xidməti 24 saat fasiləsiz iş başında olub.
Bu barədə Trend-ə "Azərişıq" ASC-nin Mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, yanvarın 19-dan 21-dək ölkə arazisində hava şəraitin qeyri-sabit keçib. Bu səbəbdən gücləndirilmiş iş rejimində çalışan ASC-də əlavə tədbirlər görülüb.
Məsələ ilə əlaqədar “Azərişıq” ASC rəhbərliyinin tapşırığı ilə gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub. Ərazilərə əlavə mal-material və maşın-mexanizmlərin cəlb edilməsi ilə bağlı tapşırıq verilib.
“Azərişıq” ASC rəhbərliyinin göstərişinə əsasən, regionlarda da növbətçilik yaradılıb. Müraciətlərin sayının artması ehtimalını nəzərə alaraq 199 saylı Çağrı Mərkəzi də gücləndirilmiş iş rejimində çalışıb.