...

Məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarla bağlı Dövlət Komitəsindən açıqlama

Cəmiyyət Materials 9 Fevral 2021 11:48 (UTC +04:00)
Məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarla bağlı Dövlət Komitəsindən açıqlama

Bakı. Elçin Mehdiyev – Trend:

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda otaqları satışa çıxarmaları haqda məlumatlarla bağlı açıqlama yayıb.

Trend-in məlumatına görə, məlumatda bildirilir ki, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yataqxanaların Dövlət Komitəsinə heç bir aidiyyəti yoxdur.

Qeyd olunur ki, fevralın 8-də televiziyaların birində Bakı şəhərindəki yataqxanalarda məcburi köçkünlərin yaşadıqları otaqları satışa çıxarması barədə reportaj yayımlanıb.

Dövlət Komitəsinin Mətbuat xidməti bununla əlaqədar olaraq bildirir ki, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yataqxanaların Dövlət Komitəsinə heç bir aidiyyəti yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti