...

50 yaşdan yuxarı şəxslərin vaksinasiyası başlayır - Qeydiyyat bu cür aparılır (VİDEO)

Cəmiyyət Materials 16 Fevral 2021 16:06 (UTC +04:00)
50 yaşdan yuxarı şəxslərin vaksinasiyası başlayır - Qeydiyyat bu cür aparılır (VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Vaksinasiya strategiyasına uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir. Sabahdan etibarən 50 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılır.

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-dən Trend-ə verilən birgə məlumata görə, sözügedən şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.

Qeydiyyatdan necə keçməsi ilə bağlı aşağıdakı videodan tanış ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti