...

Magistraturaya qəbul imtahanında məntiq testləri əvvəlkilərdən nə ilə fərqlənəcək? - DİM-dən açıqlama

Cəmiyyət Materials 17 Fevral 2021 09:47 (UTC +04:00)
Magistraturaya qəbul imtahanında məntiq testləri əvvəlkilərdən nə ilə fərqlənəcək? - DİM-dən açıqlama

Bakı. İlhamə İsabalayeva - Trend:

Magistraturaya qəbul imtahanının çətinlik dərəcəsi əvvəlki illərdən fərqli olmayacaq.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin baş məsləhətçisi Rövşən Əsədov bu il magistraturaya qəbul imtahanlarında məntiqi təfəkkürü yoxlayan testlərin çətinləşəcəyi ilə bağlı məlumatlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, kitabdakı test tapşırıqlarının hamısı yeni olduğu üçün əvvəlki illərin nəşrləri ilə imtahana hazırlaşan tələbələrdə çaşqınlıq yaradıb.

Bu çaşqınlığa bir əsas görməyən R.Əsədov qeyd edib ki, "Məntiqi təfəkkürü yoxlayan testlər" adlı vəsaitin bundan əvvəlki sonuncu nəşri 2015-ci ildə olub:

"Təbii ki, bu yaxınlarda nəşr olunan sonuncu vəsait əvvəlkindən bir qədər fərqlənir. Lakin bu, heç də o demək deyil ki, imtahanda istifadə olunan materiallar sırf yeni nəşr olunan kitab əsasında müəyyənləşdiriləcək. Bu kitab sadəcə olaraq, təhsilin növbəti pilləsinə - magistraturaya qəbul olmaq istəyənlər üçün test imtahanına hazırlaşmaq üçün bir vasitədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti