...

Özümü çox yaxşı hiss edirəm - Peyvənd olunan QMİ nümayəndəsi (FOTO)

Cəmiyyət Materials 18 Fevral 2021 11:39 (UTC +04:00)
Özümü çox yaxşı hiss edirəm - Peyvənd olunan QMİ nümayəndəsi (FOTO)

Bakı. Samir Əli - Trend:

Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Tahir Abbasov koronavirus infeksiyasına qarşı peyvənd olunma ilə bağlı əhaliyə müraciət edib.

Tahir Abbasov Trend-ə açıqlamasında bildirib ki, o da peyvənd olunanlar sırasındadır:

“Ümumiyyətlə peyvəndlər son dərəcədə təhlükəsizdir. Peyvəndlər sayəsində milyonlarla insanın ölümünün və əlilliyinin qarşısı alınır. Mən də “COVİD-19”a qarşı peyvənd olundum. Özümü çox yaxşı hiss edirəm. Düşünürəm ki, həm özümüzün, həm yaxınlarımızın sağlamlığı üçün peyvənd olunmalıyıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti