...

Şamaxıda bu günə kimi 1500 nəfərə peyvənd vurulub

Cəmiyyət Materials 20 Fevral 2021 12:13 (UTC +04:00)
Şamaxıda bu günə kimi 1500 nəfərə peyvənd vurulub

Bakı. Ceyhun Ələkbərov - Trend:

Şamaxı Rayon Müalicə Diaqnostika Mərkəzində bu günə kimi 1500 nəfər vaksinasiya olunub.

Trend-in məlumatına görə, mərkəzdə gündəlik olaraq 200-300 nəfər peyvəndləmə prosesindən keçir.

Şamaxı Rayon Müalicə Diaqnostika Mərkəzinə vaksinasiyaya gələn vətəndaşlar üçün 10 otaq ayrılıb. Bunlar peyvənddən öncə qəbul, peyvənd, post-vaksinasiya və digər otaqlardır.

Mərkəzin artıq 500 nəfər tibb işçisi ilk peyvəndləmədən keçib, hazırda ikinci mərhələ davam etməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti